Netanyahu: Trampla hər gün danışıram...

Netanyahu: Trampla hər gün danışıram...

Hazırda oxunan: Netanyahu: Trampla hər gün danışıram...

611634

İsrail və ABŞ İran məsələsində tam koordinasiya edirlər. 

Bizim.Media “vesti.ru”ya istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik kabinetinin iclasında bildirib.

O, həmçinin İslam Respublikası ətrafındakı vəziyyətlə bağlı Vaşinqtonla ortaq məqsədləri də vurğulayıb.
 

“Bizim tam koordinasiyamız var. Ən vacib məqsəd İrandan bütün zənginləşdirilmiş uranı çıxarmaq və İranın zənginləşdirmə müəssisələrini sökməkdir”, - Netanyahu deyib. 


İsrailin Baş naziri əlavə edib ki, ABŞ Prezidenti Donald Trampla demək olar ki, hər gün danışır.

O, həmçinin çərşənbə axşamı Amerika lideri ilə söhbət etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO