ABŞ və İran rəsmiləri hazırkı münaqişənin dayandırılması və nüvə danışıqlarının bərpasına yönəlmiş qısa memorandumun imzalanmasına yaxındırlar.
Bizim.Media xəbər verir ki, bu barədə Axios məlumat yayıb. Tərəflər 14 bənddən ibarət qısa razılaşma üzərində işləyirlər.
Təklif olunan sənəd İranın uranın zənginləşdirilməsini ən azı 12 il müddətinə dayandırmasını, ABŞ sanksiyalarının yumşaldılmasını, dondurulmuş İran vəsaitlərinin açılmasını və Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutur.
Çərçivə razılaşmasına əsasən, proses 30 günlük danışıqlar dövrü ilə başlayacaq. Danışıqların Cenevrə və ya İslamabadda keçirilə biləcəyi bildirilir.
Bu müddət ərzində tərəflər hərbi və gəmiçiliklə bağlı məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmalıdırlar.
İranın həmçinin BMT-nin daha sərt yoxlamalarına razılıq verəcəyi və nüvə silahı əldə etməyə çalışmayacağı barədə öhdəlik götürəcəyi gözlənilir.
Bununla belə, yekun razılaşma hələ əldə olunmayıb.
Bizim.Media


































































































