BƏƏ səmasında gərgin anlar: İranın atdığı raketlər zərərsizləşdirilir

BƏƏ səmasında gərgin anlar: İranın atdığı raketlər zərərsizləşdirilir

Hazırda oxunan: BƏƏ səmasında gərgin anlar: İranın atdığı raketlər zərərsizləşdirilir

611366

Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri İrandan buraxıldığı bildirilən raket və pilotsuz uçuş aparatlarının hücumlarını dəf edir.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket və dron zərbələrinin qarşısını alır.
 

Nazirlik həmçinin qeyd edib ki, ölkənin müxtəlif bölgələrində eşidilən səslər hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlıdır.


Birləşmiş Ərəb Əmirliyinin rəsmi orqanları eyni zamanda sakinlərə sığınacaqlarda və ya təhlükəsiz qapalı məkanlarda qalmaları, rəsmi yenilikləri izləmələri ilə bağlı ciddi xəbərdarlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO