Partlayışda xəsarət alan HƏKİM dünyasını dəyişdi

Partlayışda xəsarət alan HƏKİM dünyasını dəyişdi

Hazırda oxunan: Partlayışda xəsarət alan HƏKİM dünyasını dəyişdi

611394

Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib.

Bizim.Media xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 

"Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin",- paylaşımda deyilir.


Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat edib, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO