SEPAH Hörmüz boğazına nəzarətlə bağlı yeni xəritə təqdim etdi - FOTO

SEPAH Hörmüz boğazına nəzarətlə bağlı yeni xəritə təqdim etdi - FOTO

Hazırda oxunan: SEPAH Hörmüz boğazına nəzarətlə bağlı yeni xəritə təqdim etdi - FOTO

611076

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına nəzarətlə bağlı yeni xəritə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, xəritədə Hörmüz boğazının İran Silahlı Qüvvələrinin nəzarətində və idarəçiliyində olduğu iddia edilən hissəsi əks olunub.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin açıqlamasına görə, bu ərazi İranın Kuh-e Mobarak bölgəsi ilə BƏƏ-nin Fuceyrə əmirliyinin cənub hissəsi arasındakı xəttdən başlayır. Digər sərhəd xətti isə İranın Qeşm adasının uc hissəsi ilə BƏƏ-nin Umm əl-Quveyn əmirliyi arasından keçir.
 

İran tərəfi bildirib ki, göstərilən akvatoriya Hörmüz boğazında İran Silahlı Qüvvələrinin nəzarət və idarəetmə zonası kimi təqdim olunur.


Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyan əsas dəniz keçidlərindən biridir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO