Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Hazırda oxunan: Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

610410

Müasir dünyada bitməyən müharibələr kimi qaçılmaz problemlər səbəbindən enerji tələbatının artması alternativ yollara baş vurmağa vadar edir. Əgər indiyə qədər karbondioksidin (CO₂) qlobal istiləşməyə səbəb olduğunu düşünüb onu azaltmağa çalışırdılarsa, indi onun çoxluğundan faydalanmaq imkanları yaranıb.
 

Belə ki, alimlər havadan karbonun alınıb sintetik yanacağa çevirməyi bacarıblar. Bu, həm alternativ yanacağın əldə olunması, həm də ətraf mühitin qorunması baxımından çox faydalıdır. Xüsusən də İran müharibəsi və bunun nəticəsində Hörmüz böhranı səbəbindən təyyarə yanacağı qiymətləri son aylarda kifayət qədər yüksəlmişdi.


Bu artım iqtisadiyyata nəzərəçarpacaq dərəcədə zərər vurduğundan qlobal biznes sahiblərindən olan Çin hərəkətə keçdi. Çin Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Şanxay Araşdırmalar İnstitutunun alimləri karbon qazını mayeyə çevirməklə sənayedə tətbiqinə başlayıblar.

Bəs insan və heyvanların nəfəs verərkən havaya buraxdığı karbon qazı necə yanacağa çevrilə bilər?

Mütəxəssislər bildirirlər ki, bu proses birbaşa alınmır. Karbondioksitdən yanacaq almaq üçün əvvəlcə enerji vermək lazımdır. İlk başda karbonu “havadan tutmaq”, yəni atmosferdən ayırmaq lazım olur. Bunun üçün hava kütləsi böyük qurğunun içindən keçirlir.
 

Qələvi məhlullar karbonu “udaraq” karbonat əmələ gətirir, süngər kimi canında saxlayır, daha sonra material qızdırılır və ya təzyiq dəyişdirilir, nəticədə saf karbon ayrılır. Toplanan qaz mayeylə qarışdırılıb sintetik kerosinə, yəni təyyarə yanacağına çevrilir.


Sadəcə bu prosesin əsas çətinliyi odur ki, çox enerji tələb edir, maliyyət baxımından bahalıdır. Əgər bu enerji alternativ (günəş, külək) mənbələrdən gəlirsə, onda proses ekoloji baxımdan daha faydalı olar. Hazırda “Power-to-Liquid” deyilən bu texnologiya inkişaf etdirilir, onun ticari tərəfləri hesablanır.

Belə olduqda təyyarə benzinin qiyməti düşə bilər?

İqtisadçılar bildirirlər ki, yaxın zamanda deyil, amma uzun müddətdə mümkündür. Bu texnologiya yenidir: zavodlar hələ geniş yayılmayıb. Texnologiyanın təkmilləşməsindən, miqyasın böyüməsindən sonra kütləvi istehsal başlayarsa, ənənəvi yanacağın qiymətinə təsir edə bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO