Çin alimləri Ay süxurlarında iki yeni mineral müəyyən ediblər - FOTO

Çin alimləri Ay süxurlarında iki yeni mineral müəyyən ediblər - FOTO

Hazırda oxunan: Çin alimləri Ay süxurlarında iki yeni mineral müəyyən ediblər - FOTO

609242

Çinli tədqiqatçılar “Çanye-5” kosmik aparatı vasitəsilə Aydan Yerə gətirilən torpaq nümunələrinin araşdırılması zamanı əvvəllər məlum olmayan iki yeni mineral aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata əsasən, Çin Milli Kosmik İdarəsi tərəfindən müəyyən edilən bu təbii kimyəvi elementlərdən biri “maqneziumlu çanyeit”, digəri isə “seriumlu çanyeit” adlandırılıb.
 

Qeyd edək ki, “Çanye-5” missiyası 2020-ci il noyabrın 24-də Aya göndərilmişdi. Kosmik aparat 23 günlük missiyadan sonra təxminən iki kiloqrama yaxın reqolit nümunəsi ilə Yerə qayıdıb.


Alimlərin bu nümunələr üzərində apardıqları geniş araşdırmalar nəticəsində əldə edilən mühüm məlumatların gələcəkdə Ayda elmi-tədqiqat stansiyasının yaradılması layihələrində istifadə olunacağı bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO