16 yaşında görmə qabiliyyətini itirən şəxs Macarıstanda nazir təyin OLUNACAQ – FOTO

16 yaşında görmə qabiliyyətini itirən şəxs Macarıstanda nazir təyin OLUNACAQ – FOTO

Hazırda oxunan: 16 yaşında görmə qabiliyyətini itirən şəxs Macarıstanda nazir təyin OLUNACAQ – FOTO

609110

Macarıstanın gələcək baş naziri Peter Madyar nəqliyyat və investisiyalar naziri vəzifəsinə David Vitezini, sosial və ailə məsələləri naziri postuna isə Vilmoş Katai-Nemeti təklif etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

Madyarın sözlərinə görə, Vitezi 20 ildən artıqdır nəqliyyat və şəhərsalma sahəsində fəaliyyət göstərir, bu istiqamətdə dərs deyib və məsləhətçi kimi çalışıb. O, həmçinin Budapeşt şəhərində ictimai nəqliyyatın modernləşdirilməsi layihələrində iştirak edib.
 

Ona ölkənin dəmir yolu sistemini böhrandan çıxarmaq və genişmiqyaslı nəqliyyat proqramını həyata keçirmək tapşırılıb. Katai-Nemet isə Macarıstan tarixində ilk görmə qabiliyyəti olmayan nazir olacaq. 


O, 16 yaşında görmə qabiliyyətini itirib, hüquq təhsili alıb və hazırda vəkil kimi fəaliyyət göstərir. Madyar vurğulayıb ki, onun şəxsi təcrübəsi əlçatanlıq və bərabər imkanlar məsələlərinə xüsusi diqqət yetirilməsinə şərait yaradacaq.

Bildirilir ki, Katai-Nemet ailələrin dəstəklənməsi, sosial müdafiə sisteminin inkişafı, təhsil və səhiyyəyə çıxışın yaxşılaşdırılması, eləcə də uşaq müdafiəsi mexanizmlərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərməyi planlaşdırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO