Yunanıstanın Krit adası sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 12 mindən çox əhalisi olan İerapetra şəhərindən 27 kilometr cənub-şərqdə, ocağı isə 17 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Bizim.Media



































































































