Kosovo Xarici İşlər Nazirliyi İslam İnqilabının Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edildiyini açıqlayıb.
Bizim.Media bu barədə “Azad İran” teleqram kanalına istinadla xəbər verir.
Kanalın məlumatında qeyd olunur ki, Kosovo xarici işlər naziri Konjufça qərarın müttəfiqləri dəstəkləmək, demokratik təhlükəsizlik və terrorizmin bütün formalarına qarşı mübarizə prinsiplərinə əsaslandığını qeyd edib.
O, əlavə edib ki, Kosovo təhlükəsizlik məsələlərində beynəlxalq tərəfdaşlarını davamlı olaraq dəstəkləyir.
Buna cavab olaraq İsrail Xarici İşlər Nazirliyi qərarı alqışlayaraq, onu vacib addım adlandırıb.
Bəyanatda həm də beynəlxalq ictimaiyyətin "İranın terrorçu rejimi" adlandırılan rejiminə qarşı mübarizədə səylərini daha da birləşdirməyə çağırılıb.
Bizim.Media






































































































