ABŞ Prezidenti Donald Tramp razılaşma əldə edilməyəcəyi təqdirdə, İranı bombalamaqla hədələyib.
Bizim.Media xəbər verir ki, Tramp bunu CNBC-yə müsahibəsində deyib.
O, İranın bombalanmasını gözlədiyini bildirib.
Tramp ABŞ ordusunun bunu etməyə hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Aprelin 8-də isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.
Aprelin 17-də İran Hörmüz boğazını açsa da, cəmi bir gün sonra SEPAH boğazın yenidən bağlandığını elan edib.
Bizim.Media
































































































