Çexiyanın Zvıçina dağı ətrafında gəzintiyə çıxan turistlər gözlənilməz şəkildə böyük tarixi xəzinə ilə üzləşiblər.
Bizim.Media xəbər verir ki, hadisə zamanı turistlər dağın yamacında gizlədilmiş iki ayrı konteyner tapıblar.
Tapıntının içərisində yüzlərlə qızıl əşya olub.
Bir konteynerdə XIX–XX əsrlərə aid 598 ədəd qızıl sikkə, digərində isə onlarla qızıl zinət əşyası aşkarlanıb. İlkin ehtimallara görə, bu xəzinə 1921-ci ildən sonra torpağa basdırılıb.
Tapıntını gizlətməyən turistlər onu dərhal muzeyə təhvil veriblər. Aparılan ekspertiza nəticəsində qızılın həqiqiliyi təsdiqlənib.
Qanunvericiliyə uyğun olaraq, tapıntını aşkarlayan şəxslərə təxminən 470 min avro məbləğində mükafat ödənilib. (Musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:14 / 18.04.2026
Sensasion tapıntı: 7 kiloqramlıq qızıl xəzinə aşkarlandı
Hazırda oxunan: Sensasion tapıntı: 7 kiloqramlıq qızıl xəzinə aşkarlandı
Hazırda oxunan: Sensasion tapıntı: 7 kiloqramlıq qızıl xəzinə aşkarlandı
607928
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































