Muharrem İnce seçkilərdə tək iştirak edəcək

Muharrem İnce seçkilərdə tək iştirak edəcək

Hazırda oxunan: Muharrem İnce seçkilərdə tək iştirak edəcək
607425
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Məmləkət Partiyasının sədri, bundan əvvəlki seçkilərdə CHP-nin prezident postuna namizədi olmuş Muharrem İnce partiyasının seçkilərə hər hansı ittifaq tərkibində deyil, təkbaşına gedəcəyini bildirib.

O, namizədin partiya üzvləri tərəfindən müəyyən ediləcəyini deyib.

İnce namizədin mart ayının 12-də müəyyən ediləcəyini söyləyib.

Bundan əvvəl o, özünün namizəd olacağını açıqlamışdı.

Ötən il Məmləkət Partiyası Zəfər Partiyası, Doğru Partiyası, Milli Yol Partiyası və Ədalət Partiyası ilə seçki ittifaqı üçün danışıqlar aparıb, ancaq heç bir nəticə əldə edə bilməyib. Fevral ayının sonu Zəfər Partiyasının sədri Ümit Özdağ Məmləkət Partiyası ilə ittifaq quracağını, namizədin İnce olacağını bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO