Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Hazırda oxunan: Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”
604743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş dünya birliyini Yaxın Şərqdə genişmiqyaslı müharibənin qlobal fəlakətə çevrilə biləcəyi barədə xəbərdar edib.

Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, Baş katib hazırkı vəziyyəti “yeni qlobal müharibənin astanası” kimi xarakterizə edib.

O bildirib ki, Hörmüz boğazının bağlanması və artan gərginlik artıq bütün dünyada dramatik iqtisadi və siyasi nəticələr verməyə başlayıb.
 

Quterreş tərəflərə iki “sadə mesaj” ünvanlayıb. O, ABŞ və İsraili İrana qarşı hərbi hücumları mümkün qədər tez dayandırmağa, İranı isə qonşu ölkələrə qarşı hər hansı hücum aktlarından çəkinməyə çağırıb.


Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı “Daş dövrünə qaytaracaq” qədər sərt zərbələrin endiriləcəyini bəyan edib.

Buna cavab olaraq İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari Vaşinqton və İsrail təslim olana qədər müharibəni davam etdirəcəklərini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO