Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Hazırda oxunan: Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO
602933
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərədə “Mançester Siti” azarkeşlərini daşıyan avtobus Karabao Kuboku finalına gedərkən yolda alovlanıb.

Bizim.Media xəbər verir ki, hadisə Qərbi Midlends bölgəsində, M6 avtomobil yolunda qeydə alınıb.

 

Məlumata görə, avtobus “Arsenal”la keçiriləcək final qarşılaşmasını izləmək üçün Uembliyə yollanan azarkeşləri daşıyırmış. Yanğın avtobus hərəkətdə olarkən başlayıb və nəqliyyat vasitəsi dərhal yol kənarında dayandırılıb.


Hadisə zamanı sərnişinlər operativ şəkildə təxliyə edilib. İlkin məlumata əsasən, xəsarət alan olmayıb.

Yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunaraq alovu nəzarət altına alıb.

Güclü alov və tüstü səbəbindən M6 yolunun bir hissəsi müvəqqəti bağlanıb, bu isə bölgədə nəqliyyatın hərəkətinə təsir göstərib.

Avtobus şirkətinin açıqlamasında bildirilib ki, bütün sərnişinlər və sürücü təhlükəsiz şəkildə xilas edilib. Azarkeşlər sonradan alternativ nəqliyyat vasitələri ilə Uembliyə çatdırılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO - foto 1
Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO - foto 2
Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO