"Böyük yeddilik" neftin qiyməti ilə bağlı TƏCİLİ TOPLANIR

"Böyük yeddilik" neftin qiyməti ilə bağlı TƏCİLİ TOPLANIR

Hazırda oxunan: "Böyük yeddilik" neftin qiyməti ilə bağlı TƏCİLİ TOPLANIR
600586
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Böyük yeddilik” ölkələrinin maliyyə nazirləri bazar ertəsi fövqəladə hallar üçün nəzərdə tutulmuş neft ehtiyatlarının istifadəyə verilməsi imkanını müzakirə edəcəklər.

Bizim.Media xəbər verir ki, bunu Fransa hökumətindəki mənbə Yaxın Şərqdə mövcud münaqişə fonunda neftin qiymətlərinin kəskin artmasını “Reuters” agentliyinə şərh edərkən bildirib.
 

Danışıqlar barədə ilk olaraq “Financial Times” qəzeti məlumat yayıb və müzakirələrə Beynəlxalq Enerji Agentliyinin də qoşulacağını vurğulayıb. Qəzetin yazdığına görə, ABŞ da daxil olmaqla “Böyük yeddilik” ölkələrindən üçü artıq bu ideyanı dəstəklədiyini ifadə edib.


Bu məlumat bazar ertəsi neftin qiymətlərinin kəskin artması fonunda yayılıb. Belə ki, bəzi iri istehsalçıların tədarükü azaltmasından və ABŞ ilə İsrailin İranla müharibəsinin genişlənməsi səbəbindən gəmiçilikdə uzunmüddətli fasilələrin olacağı ilə bağlı narahatlıqların bazara təsir göstərməsindən sonra qiymətlər 25 faizdən çox artaraq, bir barel üçün 119 dolları ötüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO