Bişirmək istədiyi ördəyin mədəsindən qızıl tapdı

Bişirmək istədiyi ördəyin mədəsindən qızıl tapdı

Hazırda oxunan: Bişirmək istədiyi ördəyin mədəsindən qızıl tapdı
600190
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin Lunhuy əyalətində bir kənd sakini axşam yeməyi üçün aldığı ördəyi təmizləyərkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, kişi quşun mədəsində sarı metal hissəcikləri aşkarlayıb.
 

Yandırma üsulu ilə aparılan ekspress test nəticəsində tapıntının həqiqətən qızıl olduğu təsdiqlənib. Tapılan qiymətli hissəciklərin ümumi çəkisi təxminən 10 qram olub ki, bu da hazırkı məzənnə ilə təxminən 1800 ABŞ dollarına bərabərdir.


Liu soyadlı kişinin sözlərinə görə, ördək Çenşuy çayı yaxınlığında saxlanılırmış. Bu çay qızıl hasilatı ilə bağlı zəngin tarixə malikdir.

Kişi ehtimal edir ki, quş çaydan qızıl tərkibli hissəciklər olan qum və ya lil udub. Ördəyin orqanizmi metalı həzm edə bilmədiyi üçün o, mədədə toplanıb.

Çenşuy çayı 1970–1990-cı illərdə qeyri-rəsmi “qızıl axtarışı” dalğasının mərkəzi olub. Daha sonra hakimiyyət orqanları şəxsi qızıl hasilatını qadağan edib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO