Rusiya orduda döyüşən xarici vətəndaşları təhvil verməyəcək

Rusiya orduda döyüşən xarici vətəndaşları təhvil verməyəcək

Hazırda oxunan: Rusiya orduda döyüşən xarici vətəndaşları təhvil verməyəcək
598472
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Dövlət Duması plenar iclasda Silahlı Qüvvələrdə müqavilə əsasında xidmət etmiş və döyüş əməliyyatlarında iştirak etmiş xarici vətəndaşların digər ölkələrə cinayət təqibi üçün verilməsini qadağan edən qanunu yekun oxunuşda qəbul edib.

Bizim.Media xəbər verir ki, yeni qanun vətəndaşlığı olmayan şəxslərə də şamil olunur, yəni Rusiya Silahlı Qüvvələrində və ya digər hərbi birləşmələrdə müqavilə ilə xidmət etmiş və döyüşlərdə iştirak etmiş şəxslər ekstradisiya olunmayacaq.

Qanun layihəsi Rusiya hökuməti tərəfindən təqdim edilib və Cinayət-Prosessual Məcəllənin 464-cü maddəsinə dəyişiklikləri nəzərdə tutur.

Yeni müddəalara əsasən, əgər xarici dövlət Rusiya Silahlı Qüvvələrində müqavilə ilə xidmət etmiş və döyüş əməliyyatlarında iştirak etmiş xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin verilməsini tələb edərsə, Rusiya hakimiyyəti ekstradisiyadan imtina etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO