Rusiya 10 Avropa ölkəsində hərbi bazaların yaxınlığında daşınmaz əmlak alır – MƏQSƏDİ NƏDİR?

Rusiya 10 Avropa ölkəsində hərbi bazaların yaxınlığında daşınmaz əmlak alır – MƏQSƏDİ NƏDİR?

Hazırda oxunan: Rusiya 10 Avropa ölkəsində hərbi bazaların yaxınlığında daşınmaz əmlak alır – MƏQSƏDİ NƏDİR?
598054
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa xüsusi xidmət orqanları xəbərdarlıq edir ki, Moskva ilə əlaqəli şəxslər Qərbə qarşı aparılan “hibrid müharibə” çərçivəsində Avropada hərbi bazaların yaxınlığında daşınmaz əmlak alırlar.

Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph yazıb.

Bildirilir ki, söhbət bağ evləri, yay iqamətgahları, anbarlar, tərk edilmiş məktəblər, şəhər mənzilləri və hətta bütöv adaların alınmasından gedir. Məqsəd isə müşahidə, təxribat və gizli əməliyyatlar üçün dayaq nöqtələri yaratmaqdır.

Qeyd olunur ki, alınmış obyektlər ən azı 10 Avropa ölkəsində hərbi və mülki infrastrukturun — o cümlədən aviabazaların, hərbi-dəniz limanlarının, sualtı kabel marşrutlarının və enerji obyektlərinin yaxınlığında yerləşir.

Kəşfiyyat mənbələrinin sözlərinə görə, Kreml adi hərbi hücum əvəzinə NATO-nun qətiyyətini “boz zona” taktikasında sınaqdan keçirmək istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO