Ukrayna-Rusiya danışıqlarında mühüm irəliləyiş əldə olundu

Ukrayna-Rusiya danışıqlarında mühüm irəliləyiş əldə olundu

Hazırda oxunan: Ukrayna-Rusiya danışıqlarında mühüm irəliləyiş əldə olundu
596931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya-Ukrayna münaqişəsinin nizamlamasına dair danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff dünən Cenevrədə keçirilən üçtərəfli müzakirələrin ilk günündən sonra X sosial şəbəkəsindəki hesabında yazıb.
 

Onun sözlərinə görə, ABŞ Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlarda moderator kimi çıxış edib. Münaqişə tərəflərini bir araya gətirməkdə Ağ Ev administrasiyasının uğurunu qeyd edən Uitkoff bunun əhəmiyyətli irəliləyişlərə səbəb olduğunu vurğulayıb.


“Hər iki tərəf nəticələri liderlərinə çatdırmaq və işləməyə davam etmək barədə razılığa gəliblər”, - deyə o bildirib.

Cenevrədə Ukrayna üzrə üçtərəfli danışıqlar bu gün davam etdiriləcək. Danışıqların ilk altı saatlıq gününün çox gərgin keçdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO