“Avroviziya 2026”nın aparıcıları onlar olacaq – FOTO

“Avroviziya 2026”nın aparıcıları onlar olacaq – FOTO

Hazırda oxunan: “Avroviziya 2026”nın aparıcıları onlar olacaq – FOTO
593347
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Avroviziya 2026” müsabiqəsinin aparıcılarının adları açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Avroviziya”nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu il keçiriləcək 70-ci “Avroviziya” Mahnı Müsabiqəsinə aparıcılığı Viktoriya Svarovski və Maykl Ostrovski edəcək.

Əslən Avstriyadan olan V.Svarovski televiziya aparıcısı, model, dizayner və müğənnidir.

Avstriyanın Leoben şəhərindən olan M.Ostrovski kino və televiziya aktyoru olmaqla yanaşı, məşhur aparıcıdır.

Onlar 70-ci “Avroviziya” Mahnı Müsabiqəsi çərçivəsində bu il mayın 12, 14, 16-da dünyanı Vyanadan salamlayacaqlar.

Qeyd edək ki, bu il yarışmada 35 ölkə iştirak edəcək. Müsabiqənin yarımfinalları 12 may və 14 may, böyük final isə 16 may - şənbə günü Avstriyanın ən böyük qapalı arenası olan “Wiener Stadthalle”də keçiriləcək. Azərbaycan “Avroviziya 2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək. Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçimi davam edir. (Qafqazinfo.az)

“Avroviziya 2026”nın aparıcıları onlar olacaq – FOTO - foto 1
“Avroviziya 2026”nın aparıcıları onlar olacaq – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO