73 yaşlı müəllimənin erotik kinosu üzə çıxdı -  Fotolar

73 yaşlı müəllimənin erotik kinosu üzə çıxdı - Fotolar

Hazırda oxunan: 73 yaşlı müəllimənin erotik kinosu üzə çıxdı - Fotolar

59225
Kanadanın Monreal şəhərlərində orta məktəblərin birində qalmaqal baş verib. 

ANS PRESS-in məlumatına görə, məktəbin müəlliməsi 73 yaşlı Laurent Aquerin cavanlıqda erotik filmlərə çəkildiyi məlum olub. Bundan xəbər tutan məktəb rəhbərliyi onu işdən qovub.

Bundan qəzəblənən müəllimə aləmi bir-birinə qatıb. Laurent Aquerin ölkə mətbuatına çıxaraq baş verənləri danışıb.

“Gənc bir aktrisa idim. Pul qazanmaq üçün çalışırdım. Bir də ki, bu 50 il bundan əvvəl olub. Kimsə 50 il bundan əvvəl etdiklərinə görə cavab verməməlidir. Buna görə məni qovmaqları axmaqlıqdır. Bu məni əsəbləşdirir”, - deyə müəllimə bildirib.

Məsələnin böyüdüyünü görən məktəb rəhbərliyi müəlliməni yenidən işə qaytarmağa qərar verib. Lakin Laurent Aquerin bu təklifi qəbul etməyib.













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO