Tatarıstan prezidenti bundan sonra rəis olacaq

Tatarıstan prezidenti bundan sonra rəis olacaq

Hazırda oxunan: Tatarıstan prezidenti bundan sonra rəis olacaq

580061
Tatarıstanda prezident vəzifəsinin adı dəyişdirilərək “rəis” olub. Tatarıstan Dövlət Şurasının profil komitəsinin plenar iclasında müzakirələrdən sonra qanun layihəsinə bununla bağlı dəyişiklik edilib.
 
Bu barədə komitənin sədri Albert Xabibullin xəbər verib.
 
“Tatarıstanın ən yüksək vəzifəli şəxsinin vəzifəsinin adı “Tatarıstan Respublikasının başçısı – rəis” olacaq”, - deyə o bildirib.
 
Parlamentdən o da vurğulanıb ki, vəzifənin adını qısaltmaq və yalnız “rəis” sözündən istifadə etmək mümkündür.
 
Məlumata görə, komitə dekabrın 22-də keçirilən iclasında bu qanun layihəsinin geri götürülməsini tövsiyə edib. Lakin dekabrın 23-də səhər saatlarında komitə mətbuata bağlı qapılar arxasında ikinci iclasını keçirib.
 
Yeni ad yalnız respublikanın yeni seçilmiş yüksək vəzifəli şəxsinə şamil olunacaq. /Oxu.az/
 
Mənbə: Tatarstan 24
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO