Bir kişi küçədə Meksikanın qadın prezidentini öpmək istədi – ANBAAN VİDEO

Bir kişi küçədə Meksikanın qadın prezidentini öpmək istədi – ANBAAN VİDEO

Hazırda oxunan: Bir kişi küçədə Meksikanın qadın prezidentini öpmək istədi – ANBAAN VİDEO
579063
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Meksika prezidenti Klaudiya Şeinbaum küçədə naməlum bir kişinin hücumuna məruz qalıb. Kişi onu qucaqlayıb və öpməyə cəhd edib.

Bizim.Media xəbər verir ki, bu barədə The Associated Press (AP) məlumat yayıb.

Hadisə Şeinbaumun küçədə vətəndaşlarla söhbət etdiyi vaxt baş verib. Naməlum şəxs arxadan yaxınlaşaraq onu qucaqlayıb və öpməyə çalışıb.
 

Prezident vəziyyətə sakit reaksiya verib, kişinin əllərini kənara itələyib, arxaya dönərək ona gülümsəyib. Bu an hadisə yerinə gələn mühafizəçilər kişini saxlamağa cəhd ediblər.


Videoya əsasən, həmin şəxs spirtli içkinin təsiri altında olub. Lakin prezident mühafizəçilərə “narahat olmayın” deyərək vəziyyəti yumşaldıb.

Qeyd olunur ki, Klaudiya Şeinbaum mütəmadi olaraq Meksika vətəndaşları ilə görüşür, onlarla əl sıxır və izdihamla selfi çəkdirir.

Prezident Administrasiyası hadisə ilə bağlı hələlik şərh verməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO