Kansler: “Suriyalı qaçqınların Almaniyadan evlərinə qayıtma vaxtıdır”

Kansler: “Suriyalı qaçqınların Almaniyadan evlərinə qayıtma vaxtıdır”

Hazırda oxunan: Kansler: “Suriyalı qaçqınların Almaniyadan evlərinə qayıtma vaxtıdır”
578771
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suriyadan Almaniyaya gəlmiş qaçqınlar artıq ölkəni tərk edib vətənlərinə qayıtmalıdırlar, çünki Suriyada vətəndaş müharibəsi başa çatıb.

Bizim.Media xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts bəyan edib.

“Müharibə artıq bitib. Almaniyada sığınacaq verilməsi üçün heç bir əsas yoxdur, buna görə də deportasiya prosesinə başlaya bilərik”, – deyə Merts bildirib.

O, ümid etdiyini vurğulayıb ki, qaçqınların böyük hissəsi öz istəkləri ilə Suriyaya qayıdacaq və ölkənin bərpasında iştirak edəcək, çünki bu, onların iştirakı olmadan mümkün deyil.

“Kim Almaniyada qalaraq qayıtmaqdan imtina etsə, gələcəkdə onlar deportasiya edilə bilərlər”, – deyə Merts əlavə edib. (Deutsche Welle)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO