Türkiyə yanvarın 1-dən hotel və qonaq evlərində yerləşdirməyə görə vergi tətbiq edəcək

Türkiyə yanvarın 1-dən hotel və qonaq evlərində yerləşdirməyə görə vergi tətbiq edəcək

Hazırda oxunan: Türkiyə yanvarın 1-dən hotel və qonaq evlərində yerləşdirməyə görə vergi tətbiq edəcək

577580
Türkiyədə 2023-cü il yanvarın 1-dən etibarən iki faizlik yaşayış vergisi tətbiq edilməyə başlanacaq.
 
Hotellərdə, turizm kəndlərində, motellərdə, pansionatlarda, qonaq evlərində və digər yerləşdirmə obyektlərində bilavasitə onların özləri tərəfindən yerləşdirməyə görə vergi tutulacaq.
 
Səyahət agentlikləri də bunu öz turlarına daxil edə bilərlər.
 
Yataqxanalarda, pansionatlarda və düşərgələrdə yaşayan şagird və tələbələr, habelə Türkiyədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və nümayəndələri diplomatik statusa malik beynəlxalq təşkilatların nümayəndələri vergilərdən azaddırlar.
 
Türkiyənin yaşayış vergisi 2019-cu ilin oktyabrında məlum olub. İlkin olaraq Türkiyədə bir hotel otağının qiymətinin 2%-nin tutulması qərarı 2020-ci il aprelin 1-dən qüvvəyə minməli idi, lakin hökumət koronavirus pandemiyası səbəbindən onun icrasını təxirə salıb.(oxu.az)
 
Mənbə: Resmi Gazete
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO