Qazaxıstan parlamentinin yuxarı palatasından Nazarbayevlə bağlı QƏRAR

Hazırda oxunan: Qazaxıstan parlamentinin yuxarı palatasından Nazarbayevlə bağlı QƏRAR

57332

Qazaxıstan parlamentinin yuxarı palatasının deputatları eks-prezident Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyası və ölkənin Təhlükəsizlik Şurasında ömürlük sədrliyinin ləğvi ilə bağlı düzəlişləri təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Senatın deputatları həmçinin xarici və daxili siyasətin əsas istiqamətləri üzrə respublikanın eks-prezidenti ilə razılaşmaq zərurətinin ləğv edilməsini təklif ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Nazarbayevin ömürlük sədrliyi ləğv edildi


Ötən həftə isə parlamentin Məclisi Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük sədrliyinin ləğvini təsdiqləmişdi.

Xatırladaq ki, yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin Təhlükəsizlik Şurasına rəhbərlik etdiyini açıqlayıb.

Nazarbayevin mətbuat katibi Aydos Ukibay qeyd edib ki, Qazaxıstanın birinci prezidenti özü ölkənin Təhlükəsizlik Şurasının sədri postunu hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə ötürmək qərarına gəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO