Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfanın Ceylanpınar mahalında 3 gün içərisində 2 dəfə oğruların hədəfinə gələn dilənçinin 13 min türk lirası oğurlanıb.
Əldə edilən məlumata görə, Ceylanpınar mahalında dilənçilik edərək həyatını davam etdirən 34 yaşlı Abdulselam Aydemir, 3 gün içərisində 2 dəfə hücuma məruz qalıb.
Maraqlısı da budur ki, dilənçidə 13000 türk lirası ( təqribən 6400 manat ) haradan olub?








































































































