"F-22"lər İŞİD üzərində sınaqdan çıxarıldı

Hazırda oxunan: "F-22"lər İŞİD üzərində sınaqdan çıxarıldı

56107
ABŞ ilk dəfə F-22 qırıcılarını döyüşdə sınaqdan keçirib. ANS PRESS-in məlumatına görə, bu barədə Amerika Müdafiə Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, Amerika həmin qırıcılar vasitəsilə Suriyanın Rakka və ətraf şəhərlərinə həmlə edib. ABŞ-ın hücum etdiyi bu ərazilər terrorçu İŞİD-in məkanı sayılır.

Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bildirib ki, həmin bu raket vasitəsilə ən çətin nöqtələri vurmaq əlverişlidir.

Həmçinin bildirilir ki, İŞİD-in mövqelərinə intensiv hücum bu gün səhər saatlarından başlanıb. O da qeyd olunub ki, əməliyyatlarda Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı və Burləşmiş Ərəb Əmirliklərinin hərbi qüvvələri də iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO