Suriya ordusunun zərbələri nəticəsində 53 nəfər ölüb

Suriya ordusunun zərbələri nəticəsində 53 nəfər ölüb

Hazırda oxunan: Suriya ordusunun zərbələri nəticəsində 53 nəfər ölüb

54320
uriya ordusu “İslam Dövləti”nin Rakka şəhəri ərazisindəki mövqelərinə bir neçə hava zərbəsi endirib. Nəticədə 53 nəfər ölüb, onlardan 31 nəfəri dinc sakindir. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın “İnsan hüquqlarının monitorinqi” təşkilatının rəhbəri Rami Abdel Rəhman bildirib.  
 
“Biz 31 dinc sakinin ölüm faktını qeydə aldıq, onlardan 5-i qadın, 3-ü isə uşaqdır”, deyə  Rami Abdel Rəhman bildirib.
 
 Ordunun zərbələri nəticəsində daha 15 terrorçunun və 7 naməlum şəxsin öldüyü bildirilir.
 
Bundan əvvəl Suriya Hərbi-Hava Qüvvələrinin “İslam Dövləti” qruplaşmasının nəzarətindəki Rakka şəhərində fəaliyyət göstərən çörək sexinə zərbə endirməsi nəticəsində azı 25 nəfər ölüb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO