ABŞ dövlət katibi Çavuşoğlu ilə Qarabağdakı vəziyyəti müzakirə etdi – DETALLAR AÇIQLANMIR

ABŞ dövlət katibi Çavuşoğlu ilə Qarabağdakı vəziyyəti müzakirə etdi – DETALLAR AÇIQLANMIR

Hazırda oxunan: ABŞ dövlət katibi Çavuşoğlu ilə Qarabağdakı vəziyyəti müzakirə etdi – DETALLAR AÇIQLANMIR

48649

ABŞ-ın dövlət katibi Entoni Blinken dünən Latviyanın paytaxtı Riqada NATO Xarici İşlər Nazirləri toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya ABŞ dövlət katibinin rəsmi saytında yer alıb.

Mənbə yazır ki, Blinken və xarici işlər naziri Çavuşoğlu Efiopiyadakı böhranı və Qara dəniz regionunda sabitliyin qorunması üçün birgə səyləri müzakirə ediblər. 

Görüşdə həmçinin Rusiyanın Ukraynaya təcavüzü, Ermənistan və Azərbaycan, eləcə də Əfqanıstandakı vəziyyət müzakirə olunub. Müzakirə prezident Bayden və prezident Ərdoğan arasında keçən ay Romada keçirilən ikitərəfli əməkdaşlıq, demokratiya və insan haqları da daxil olmaqla digər prioritetlər barədə söhbətinə əsaslanıb.

NATO Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Atta Konqres Mərkəzində baş tutan görüşdən əvvəl jurnalistlərə açıqlama verən Çavuşoğlu Blinkenlə yenidən görüşməkdən məmnun olduğunu bildirib.

Anadolu agentliyi yazır ki, Çavuşoğlu, görüşəcəkləri bir çox mövzunun olduğunu, prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Co Bayden arasında Romada keçirilən görüşdə müzakirə olunan məsələlər və alınan qərarlarla bağlı növbəti toplantı keçirəcəklərini bildirib.

Çavuşoğlu iki NATO müttəfiqi olaraq ikitərəfli əlaqələr və Ukrayna, Liviya, Suriya və Əfqanıstan kimi regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlarını bildirib.

Blinken də Mövlud Çavuşoğlu ilə bir daha görüşməkdən məmnun olduğunu deyib.

İki müttəfiq ölkə olaraq bir çox mövzunu müzakirə edəcəklərini bildirən Blinken, NATO müttəfiqləri olaraq dünən və bu gün Riqada Ukrayna, Qərbi Balkanlar və Cənubi Qafqazdakı (Azərbaycan və Ermənistan) vəziyyəti müzakirə edəcəklərini bildirib.

Blinken Türkiyə ilə ABŞ arasında əməkdaşlıq məsələlərini və regional məsələləri müzakirə etmək şansı qazanacaqlarını da qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO