Zelenskinin əsirlərlə bağlı siyahısını Ərdoğan Putinə verib? – KREMLDƏN AÇIQLAMA

Hazırda oxunan: Zelenskinin əsirlərlə bağlı siyahısını Ərdoğan Putinə verib? – KREMLDƏN AÇIQLAMA

0:00
0:00
48198

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vasitəsilə Rusiyaya əsirlərin mübadiləsi üçün siyahı təhvil verdiyi barədə məlumatı şərh etməyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

"Mən bu mesajı şərhsiz buraxıram", - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Ukrayna prezidenti Mixail Zelenski bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vasitəsilə əsirlərin mübadiləsi üçün Kiyevin siyahısını Rusiyaya təhvil verdiyini, lakin cavabın hələ alınmadığını bildirib.

Sentyabrın sonunda Zelenskinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Donbassda və Rusiyada saxlandığı iddia edilən 450 nəfərin siyahısını verdiyi bildirilir.

Və o, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı onların azadlığa buraxılması məsələsini qaldırmağı xahiş edib. Siyahının ötürülməsi BMT Baş Assambleyasının iclası çərçivəsində baş tutub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO