“Qanuni oğru”ların dəbdəbəli həyatı...  - VİDEO

“Qanuni oğru”ların dəbdəbəli həyatı... - VİDEO

Hazırda oxunan: “Qanuni oğru”ların dəbdəbəli həyatı... - VİDEO

48056
Abxaziyada nüfuzlu “qanuni oğru”ların iştirak etdiyi “sxodka”ya polis basqın edib. Nəticədə “qanuni oğru”lar- Akapela, Xaşba, Pıza, Nanik, Temo, Astik və Xasik saxlanılıb. 
Daha sonra Akapela və Xaşba sərbəst buraxııb, qalanları isə bir sutkanı polis idarəsində keçirməli olublar. 
İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Abxaziya son zamanlar “qanuni oğru”ların sayına görə dünyada ilk yeri tutur. Ancaq onlara qarşı aparılan mübarizə indiyə qədər heç bir nəticə verməyib.
“Sxodka”nın yarımçıq kəsilməsi xəbəri ilə eyni zamanda “qanuni oğru”lardan bir neçəsinin- Boris Akapeya (Akapela), Vladimir Cibladze (Mamulo) və Valeriy Xaşbanın dəbdəbəli süfrə arxasında çəkilən fotoşəkilləri də yayılıb. 
Nə zaman çəkildiyi açıqlanmayan foto “qanuni oğru”ların heç də oğru qaydalarınaa uyğun yaşamadığını, əksinə dəbdəbəli həyat sürdüklərini göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO