Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Hazırda oxunan: Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

639603

Bu gün Xocavənd şəhərinə köçən ailələrə evlərinin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Ailələrə naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 16 ailə olmaqla 55 nəfər köçürülüb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO