Üçüncü Dünya müharibəsi hər an başlaya bilər – ÇİN lideri elan etdi

Üçüncü Dünya müharibəsi hər an başlaya bilər – ÇİN lideri elan etdi

Hazırda oxunan: Üçüncü Dünya müharibəsi hər an başlaya bilər – ÇİN lideri elan etdi
40880
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin Xalq Respublikasının Sədri Si Cinpin müstəqilliyini tanımadıqları Tayvanı işğal edəcəklərini açıqlayıb.

Bizim.Media xəbər verir ki, "Tək Çin" siyasətini təkrarlayan Si Cinpin, Tayvanla yenidən birləşmənin vacib olduğunu, bunun ən qısa zamanda baş verəcəyini deyib. 

“Tayvanı ana vətənlə birləşdirmək vəzifəsi yerinə yetirilməlidir. Bu tarixi hadisə mütləq baş verəcək”.

Çin lideri birbaşa hərbi güc tətbiq etməkdən danışmayıb, lakin açıqlamanın dolayısı ilə Çinin Tayvanı işğal etməyə hazırlaşdığı haqda mesaj olduğu deyilir.
 

Bir çox siyasi ekspertlər isə Çinin adanı işğal etməsinin Üçüncü Dünya müharibəsinə səbəb olacağını deyirlər.


Belə ki, ABŞ  adanı qoruyur və işğal baş verərsə, Vaşinqton Çinə qarşı cavab aksiyası həyata keçirmək məcburiyyətində qalacaq. Bu savaşda Amerikanın müttəfiqləri – Hindistan, Avstraliya və Yaponiya da seyrçi qalmayacaqlar. Çünki, Çinin Tayvanı ələ keçirməsi bu üç ölkənin təhlükəsizliyinə də ciddi xələl gətirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO