Çin bir saatda ABŞ-ı vuracaq

Çin bir saatda ABŞ-ı vuracaq

Hazırda oxunan: Çin bir saatda ABŞ-ı vuracaq

39906
Çin səsdən 10 qat sürətli və ABŞ raket müdafiə etmə sistemlərini keçə bilən nüvə başlıqlı raket daşıma vasitəsini müvəffəqiyyətlə sınaqdan keçirib.

Moderator.az-ın  Türkiyə mediasına istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmilərindən biri WU-14 adı verilən "HGV"nin yanvarın 9-u Çin səmalarında rekord sürətə çataraq sınaqdan keçirildiyini ABŞ xəbər saytı "Vaşinqton Fri Bikon"a təsdiqləyib. 

ABŞ, Hindistan və Rusiya da bu tip müdafiə sistemlərini keçə bilən vasitələr hazırlayırlar. 

İki ayrı proqram icra edən Çinin qitələrarası balistik raketlərinin son mərhələsi olaraq HGV hazırladığı bildirilir. Program nəticə versə, Çindən atılan mərminin mövcud havadan müdafiə sistemlərini keçərək bir saatdan qısa müddətdə ABŞ ərazisini vurmaq imkanı olacaq.

Qeyd edək ki, səs sürətinin 5 qatı (saatda 6 min 132 km) ilə 10 qatı (saatda 12 min 260 km) arasındakı sürətlərə "səsdən sürətli" deyilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO