İlyas İsmayılov seçkilərə qiymət verdi

İlyas İsmayılov seçkilərə qiymət verdi

Hazırda oxunan: İlyas İsmayılov seçkilərə qiymət verdi

35079

 Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov ölkədə keçirilən son seçkilərlə bağlı öz mövqeyini bildirib. Partiyanın mətbuat xidmətindən Moderator.az-a göndərilən məktubu olduğu kimi oxucularımıza təqdim edirik:

Vətənimizin taleyində inkişafa, tərəqqiyə təkan verə biləcək seçki prosesi yekunlaşdı. Bu seçkilər nəticə olaraq cəmiyyətimizin vahidləşməsinə, vətəndaşlarımızın dövlətinə olan güvənc hissinin artırılmasına gətirib çixarmalı idi. Daxilimizdə mövcud olan və ətrafımızda dolaşan  təhlükələri nəzərə alsaq bu bizə bir xalq olaraq çox vacibdir.

Həyatım boyu, fəaliyyət göstərdiyim bütün sahələrdə dövlət maraqlarını şəxsi maraqlarımdan üstün tutmuşam. Bir çox hallarda tapdalanmış, yeyilmiş haqqımdan dövlət və ictimai maraqlar naminə imtina etmişəm, amma şərəfim, ləyaqətim və vicdanım hesabına yox.

Bu gün də saxtakarlıq vasitəsilə yeyilmiş haqqımdan vaz keçməyə hazıram. Amma mənə öz halal səslərini verən insanların mənəvi təhqirinin yükünü öz üzərimə götürməyə hazır deyiləm və bəyan edirəm ki, mənim timsalımda məni dəstəkləyən insanlara sərgilənən münasibətin adı ən azı hörmətsizlikdir.

Cəmiyyətimizdə bir qrup insanlar var ki, öz varlıqlarını daim ictimai gərginlik yaratmaqda, ayrı-ayrı fərdləri sındırmaqda və bütövlükdə toplumu parçalamaqda  görürlər. Bu adamların nəzarəti altında keçirilən rüsvayçı seçki hətta səs çoxluğu ilə seçilmiş prezidentin qələbəsini şübhə altına alır. Deməli, bu hal da kimlərəsə lazımdır.

Bu sadaladığım qənaətimi nəzərə alaraq, seçkinin kütləvi qanun pozuntuları ilə keçdiyini və bunun da nəticələrə ciddi kölgə saldığını elan edirəm.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO