Terrorçular bu ölkədə 15 nəfəri öldürdü

Terrorçular bu ölkədə 15 nəfəri öldürdü

Hazırda oxunan: Terrorçular bu ölkədə 15 nəfəri öldürdü
31559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Konqo Demokratik Respublikasının şərqində son iki gündə Demokratik Qüvvələr İttifaqı terror qruplaşmasının silahlıları tərəfindən azı 15 nəfər öldürülüb.

Bizim.Media “France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli icmalar məlumat yayıb.

İcam nümayəndələrinin sözlərinə görə, iki hücum Şimali Kivu əyalətinin Beni bölgəsində baş verib. Silahlılar avqustun 5-də Mbinqi kəndində 10 nəfəri öldürüblər.

Ertəsi gün Mbinbaqidən təxminən bir kilometr aralıdakı kəndə hücum edərək daha 5 sakinin həyatına son qoyublar. Terrorçulara müqavimət göstərmək üçün bölgəyə ordu birlikləri göndərilib.

Şimali Kivu əyaləti üzrə hərbi birliyin sözçüsü, briqada generalı Silvain Ekenge bildirib ki, 2014-cü ilin oktyabr ayından bu yana Beni bölgəsində yaraqlılarla döyüşlərdə 2000 əsgər həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO