Ukrayna müharibəyə HAZIRLAŞIR - Zelenski BƏYAN ETDİ

Ukrayna müharibəyə HAZIRLAŞIR - Zelenski BƏYAN ETDİ

Hazırda oxunan: Ukrayna müharibəyə HAZIRLAŞIR - Zelenski BƏYAN ETDİ

30660

"Ukraynanın səsi" qəzeti prezident Vladimir Zelenskinin imzaladığı  “Milli müqavimətin hüquqi əsasları” və “Ukrayna Silahlı Qüvvələrinin sayının artırılması” haqqında qanunu dərc edib. 

Bizim.Media Rusiya mətbuatına istinadənxəbər verir ki, qanun 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. 

Sənədə əsasən, Ukrayna Silahlı Qüvvələrinin əsgər sayının 11 min nəfər artırılaraq 261 minə çatdırılması və düşmənə qarşı silahlı müqavimətin möhkəmləndirilməsi nəzərdə tutulur.

Həmçinin ölkənin ərazi bütövlüyünü qorumaq üçün hər bölgədə könüllü birliklər yaradılacaq.

Xüsusi Əməliyyat Qüvvələrinin ayrıca bölmələri də bura daxil olacaq. Qanun, lazım gələrsə, bütün əhalini Ukraynanı müdafiə etməyə hazırlamağa və səfərbər etməyə imkan verir.

Milli müqavimətə ümumi rəhbərliyi Ukrayna Prezidenti və Ukrayna Silahlı Qüvvələrinin Ali Komandanı həyata keçirəcək.

Sözügedən qanunlar sayəsində Ukrayna 2023 -cü ilə qədər məcburi hərbi xidmətdən imtina edə biləcək və bu, ordunun NATO standartlarının tətbiqinə yaxınlaşmasına imkan verəcək.

Xatırladaq ki, iyun ayında Zelenski açıqlama vermişdi ki, Qərb dövlətləri özünü respublika elan edən Donetsk və Luqanski ilə  münaqişədə Ukraynaya dəstəyi dayandırsalar, "Avropanın ən güclü ordusunu yaratmalı və problemi təkbaşına həll etməlidirlər. Onun sözlərinə görə, söhbət insan potensialının köməyi ilə əldə ediləcək texniki və hərbi üstünlükdən gedir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO