Tacikistan-Əfqanıstan sərhədində Taliban bayrağı qaldırıldı – VİDEO 

Tacikistan-Əfqanıstan sərhədində Taliban bayrağı qaldırıldı – VİDEO 

Hazırda oxunan: Tacikistan-Əfqanıstan sərhədində Taliban bayrağı qaldırıldı – VİDEO 
27900
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyət gərgin olaraq qalır.  
Taliban hərəkatının silahlıları bu gün Tacikistan ilə Əfqanıstan arasındakı körpüdə bayraqlarını qaldırıblar. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi  Tacikistanın Dağ-Badaxşan Muxtar Vilayətinin administrasiyasındakı mənbəyə istinadən yayıb. 

Daha əvvəl bildirilib ki, Taliban Əfqanıstan hökumət qoşunlarının sərhəd məntəqəsini 5 iyulda ələ keçirib və bu gün bayraqlarını Pənc çayı üzərindəki körpüdə qaldırıblar. 

Xatırladaq ki, Əfqan sərhədçiləri əvvəllər keçid məntəqələrini döyüşmədən irəliləyən Talibana vermişdilər. Əfqanıstan Silahlı Qüvvələrinin 312 hərbçisi həmin vaxt Tacikistan ərazisinə keçməyi bacarıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO