
- A-
- A
- A+
Ukraynadan UĞURLU HÜCUM – Rusiya ordusu geri çəkilir
Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını Kupyanskın qərbinə – Mirnıy rayonu ərazisinə, həmçinin Dnepropetrovsk vilayətinin Novoselovka yaxınlığına doğru geri çəkilməyə məcbur edib.
Bizim.Media xəbər verir ki, bu barədə analitik “DeepState” kanalı məlumat yayıb.
Eyni zamanda, Rusiya qüvvələri Novoselovkanın cənubunda – Donetsk vilayətinin Kamışevaxa bölgəsində, həmçinin Mirnoqraddan şərqdə – Qrodovka–Mirolyubovka xətti boyunca irəliləyib.
Bundan əvvəl “DeepState” xəbər vermişdi ki, Rusiya ordusu Kupyanskın qərbində əhəmiyyətli irəliləyiş əldə edərək şəhərin Xarkov istiqamətindən əsas təminat yoluna təxminən 2 km yaxınlaşıb. Həmçinin, Donetsk vilayətində, Dnepropetrovsk vilayətinin sərhədi yaxınlığında yerləşən Udaçnoye qəsəbəsi ərazisində mövqelərini möhkəmləndirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































