Donetsk sutka ərzində 28 dəfə atəşə tutuldu - 2 ölü var - FOTO

Donetsk sutka ərzində 28 dəfə atəşə tutuldu - 2 ölü var - FOTO

Hazırda oxunan: Donetsk sutka ərzində 28 dəfə atəşə tutuldu - 2 ölü var - FOTO
264438
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son sutka ərzində Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin yaşayış məntəqələrini 28 dəfə atəşə tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri rəhbəri Vadim Filaşkin məlumat verib.

"Avqustun 9-da zərbələr nəticəsində Donetsk vilayətinin 2 sakini həlak olub. 24 saat ərzində bölgədə daha 4 nəfər yaralanıb", - o "Telegram" kanalında yazıb.

V. Filaşkin bildirib ki, Kramatorsk rayonuna artilleriya atəşləri nəticəsində inzibati bina və fərdi yaşayış evi zədələnib, Sredne qəsəbəsində bir nəfər həlak olub. Drujkivkada 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb, 5 fərdi yaşayış evi ziyan görüb.
 

Konstantinovkada isə 2 nəfər yaralanıb, 9 çoxmərtəbəli bina, 7 fərdi yaşayış evi, 2 yardımçı tikili, mağaza, inzibati bina, 2 elektrik ötürücü xətti və 5 qaz kəməri zədələnib.


Pokrovsk rayonunun Şaxovo qəsəbəsində 31 fərdi yaşayış evi dağıdılıb. Cəbhə xəttindən 53-ü uşaq olmaqla, ümumilikdə 1011 nəfər təxliyə edilib.

Donetsk sutka ərzində 28 dəfə atəşə tutuldu - 2 ölü var - FOTO - foto 1
Donetsk sutka ərzində 28 dəfə atəşə tutuldu - 2 ölü var - FOTO - foto 2
Donetsk sutka ərzində 28 dəfə atəşə tutuldu - 2 ölü var - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO