Ermənistan ordusunda zabitlərə də ağıllı telefonların istifadəsi qadağan edilib -  ETİRAZ

Ermənistan ordusunda zabitlərə də ağıllı telefonların istifadəsi qadağan edilib - ETİRAZ

Hazırda oxunan: Ermənistan ordusunda zabitlərə də ağıllı telefonların istifadəsi qadağan edilib - ETİRAZ

260894
Ermənistan ordusunda orta və kiçik rütbəli zabit heyətinə ağıllı və digər kameralı telefonların istifadəsi qadağan edilib.

Erməni KİV-ləri xəbər verir ki, Ermənistan və işğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunmuş erməni hərbi bölmələrində əsgər heyətindən sonra zabitlərə də ağıllı və digər kameralı telefonların istifadə edilməsi qadağan olunub.xa0

Bildirilir ki, bu tipli telefonların istifadə edilməsinin qadağan olunmasına səbəb telefonlar vasitəsilə çəkilən və gizlilik xarakteri daşıyan şəkillərin sosial şəbəkələrdə yayılmasıdır. Bundan başqa internetə qoşulan telefonlar vasitəsilə qeyd edilən şəxsin yerinin müəyyən edilməsi də mümkündür.xa0

Lakin Ermənistan Müdafiə Nazirliyindən bu dəyişikliyin səbəbini öyrənmək mümkün olmayıb. Zabitlər əmin edir ki, bu addım ordunu, daha doğrusu orduda baş verənləri qapalı saxlamaq məqsədi daşıyır. Bu yolla baş verənlərin, yəni Ermənistan ordusundakı zorakılıqların lentə alınmasının qarşısı alınır.(ordu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO