Suriya qoşunları Süveyda şəhərinə daxil oldu – Xeyli sayda ölü və yaralı var – VİDEO

Suriya qoşunları Süveyda şəhərinə daxil oldu – Xeyli sayda ölü və yaralı var – VİDEO

Hazırda oxunan: Suriya qoşunları Süveyda şəhərinə daxil oldu – Xeyli sayda ölü və yaralı var – VİDEO
260005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suriya hökumət qüvvələri druzların nəzarətində olan Əs-Süveyda şəhərinə daxil olub və atəşə tutulublar.

Bizim.Media xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.

Mənbə qeyd edir ki,, Suriya ordusuna qarşı hücumda İsrailin dəstəklədiyi druzlar iştirak ediblər.
 

Eyni zamanda Livan druzlarının lideri Viam Vəhhab bildirib ki, icma nümayəndələri Suriya hakimiyyətinin yeni rəhbərliyi ilə razılaşma əldə ediblər. Lakin onun sözlərinə görə, hökumət qüvvələri Süveydaya daxil olarkən onlarla birlikdə silahlı sünnilər də gəlib, bu isə əldə olunmuş razılaşmanın pozulması deməkdir.


Anadolu agentliyi yazır ki, qarşıdurma dünən səhər saatlarında druzların bədui ərəb tayfalarına məxsus bir neçə avtomobili ələ keçirməsindən sonra kəskinləşib. Tərəflər arasında atışma başlayıb və bir sıra dinc sakin girov götürülüb.

Mövcud məlumatlara görə, şiddətli döyüşlər nəticəsində azı 30 nəfər həlak olub, təxminən 100 nəfər isə yaralanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO