Rusiya qoşunları sürətlə İRƏLİLƏYİR - Sumi də işğal oluna bilər

Rusiya qoşunları sürətlə İRƏLİLƏYİR - Sumi də işğal oluna bilər

Hazırda oxunan: Rusiya qoşunları sürətlə İRƏLİLƏYİR - Sumi də işğal oluna bilər
258554
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Silahlı Qüvvələri Sumi şəhərinə nəzarət əldə etməyə çox yaxındır. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb. 

Nəşrin yazdığına görə, cəbhə xəttində vəziyyət Ukrayna ordusunun xeyrinə inkişaf etmir. 

Rusiya qoşunları inamla irəliləyir və bu, Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ciddi çətinliklər yaradır. 
 

“The Economist” qeyd edir ki, bundan əvvəl Sumı vilayətinin Yunakovka rayonu ərazisində Ukrayna Silahlı Qüvvələrinin 95-ci ayrı desant-hücum briqadasının 13-cü batalyonunun 2-ci rotası demək olar ki, tamamilə məhv edilmişdi. Bu barədə Rusiya güc strukturlarının nümayəndələri məlumat verib.


“Ukrayna komandanlığı Sumi istiqamətində itirilmiş mövqeləri geri qaytarmağa çalışır, bölgəyə hücum qrupları göndərərək əks-hücumlar həyata keçirir. Lakin Rusiya ordusunun "Şimal" qruplaşması bu hücumların qarşısını uğurla alır”, – deyə Rusiya hərbi mənbələri bildirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO