İzmirdə meşə yanır: Sakinlər təxliyə edildi – FOTO-VİDEO

İzmirdə meşə yanır: Sakinlər təxliyə edildi – FOTO-VİDEO

Hazırda oxunan: İzmirdə meşə yanır: Sakinlər təxliyə edildi – FOTO-VİDEO
257293
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin İzmir şəhərinin Menderes, Qaziemir və Seferihisar rayonlarında güclü meşə yanğınları qeydə alınıb.

Bizim.Media xəbər verir ki, yanğınla əlaqədar 4 kənd və 2 məhəllənin sakinləri təxliyə edilib.

Təbii fəlakət zamanı 3 ev, 1 traktor və 1 avtomobil yararsız hala düşüb.

İzmir Beynəlxalq Hava Limanı əyalətdə davam edən meşə yanğınları səbəbindən uçuşları müvəqqəti olaraq dayandırıb. Buna səbəb Adnan Menderes Hava Limanı Qaziemir rayonunda yanğın zonasının yaxınlığında yerləşməsidir. 

Davam edən meşə yanğını, tüstü və yanğınsöndürən təyyarələrin işi səbəbindən hava limanı təyyarələrin qəbulunu və enişini dayandırıb. İzmirə gələn bəzi reyslər başqa hava limanlarına yönləndirilib. Yanğının nəzarət altına alınmasından sonra uçuşların həmişəki kimi davam edəcəyi gözlənilir. 

Yanğının söndürülməsinə 1,1 min yanğınsöndürən, 6 təyyarə, 23 su maşını göndərilib. Sürəti saatda 70-117 km arasında dəyişən güclü küləklər səbəbindən yanğınsöndürən təyyarələrin uçuşu və mütəmadi su atması çətinləşir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO