Rusiyanın Su-35 təyyarəsi Kurskda necə vurulub?

Rusiyanın Su-35 təyyarəsi Kurskda necə vurulub?

Hazırda oxunan: Rusiyanın Su-35 təyyarəsi Kurskda necə vurulub?
253628
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyaya məxsus Su-35 təyyarəsini Ukraynada mövcud olan qırıcı təyyarələrdən buraxılmış “hava-hava” tipli raket vurmuş ola bilər.

Bizim.Media xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Boqdan Dolinç bildirib.

“7 iyunda Kursk vilayəti üzərində Su-35 təyyarəsinin vurulması məsələsinə gəldikdə, bu hadisə iki ehtimaldan biri ilə baş verə bilər. Birincisi - məsələn, F-16, “Miraj” və ya sovet istehsalı olan digər Ukrayna təyyarəsindən buraxılmış ‘hava-hava’ raketi. İkincisi – “yer-hava” tipli zenit raketləri, yəni “Patriot”, NASAMS və ya SAMP/T kompleksləridir”, – deyə ekspert vurğulayıb.

Dolinç xatırladıb ki, Su-35 təyyarəsi Rusiyanın ən müasir çoxməqsədli döyüş təyyarələrindən biridir və 4+ nəsil təyyarələrə aiddir. Düşmən bu təyyarələrdən əsasən idarə olunan bombalar (Kab) daşımaq və ya “hava-yer” və “hava-hava” tipli raketlər buraxmaq üçün istifadə edir.

Ekspertin sözlərinə görə, genişmiqyaslı işğaldan əvvəl Rusiya ordusunda bu tip təxminən 120 təyyarə var idi, hazırda isə müxtəlif qiymətləndirmələrə görə, onların sayı 80 civarındadır.

Analitik qeyd edib ki, əgər Su-35 təyyarəsi Rusiyanın hava məkanında məhv edilibsə, bu zaman böyük ehtimalla “hava-hava” tipli raketdən istifadə olunub. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO