İnsanlara bıçaqla hücum edən qadın ÖLDÜRÜLDÜ

İnsanlara bıçaqla hücum edən qadın ÖLDÜRÜLDÜ

Hazırda oxunan: İnsanlara bıçaqla hücum edən qadın ÖLDÜRÜLDÜ
253611
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Münxendə insanlara bıçaqla hücum edərək bir neçə nəfərə xəsarət yetirən şəxs polisin atəşi nəticəsində zərərsizləşdirilib.

Bizim.Media “Bild” qəzetinə istinadla xəbər verir ki, saat 20:00 radələrində ənənəvi Oktoberfestin keçirildiyi ərazidə bir qadın bıçaqla hücum edərək iki nəfərə xəsarət yetirib.

Hadisə yerinə gələn polis əməkdaşı hücumun qarşısını almaq üçün xidməti silahdan istifadə etməli olub. Polis əməkdaşının atəşi nəticəsində həmin qadın ağır yaralanıb. O aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Münxen polisinin xüsusi əməliyyat qrupu və kriminal polis hadisə yerinə cəlb olunub. Ərazi hərəkət üçün bağlanıb və genişmiqyaslı istintaq tədbirləri həyata keçirilib.

İlkin məlumata görə, hücumu törədən şəxsin psixoloji problemləri olduğu bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO