Anna Netrebko axtarışa verildi

Anna Netrebko axtarışa verildi

Hazırda oxunan: Anna Netrebko axtarışa verildi
248691
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Xalq artisti Anna Netrebko axtarışa verilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın məhkəmə icraçıları 53 yaşlı sənətçinin axtarışa verilməsi ilə bağlı qərar qəbul ediblər.
 

Sankt-Peterburq məhkəməsi opera ifaçısının mənzilində qeyri-qanuni yenidənqurma elementlərinin olub-olmadığını yoxlamaq üçün onun Soyuza Peçatnikov küçəsindəki mənzilinə kommunal işçilərini buraxmağı əmr edib. Admiralty Rayon rəhbərliyi iki ilə yaxındır ki, bu qərarı həyata keçirməyə cəhd göstərir.


Lakin kommunal xidmət işçiləri sənətçi ilə əlaqə saxlaya bilməyib. İndi Netrebko məhkəmənin tələbini yerinə yetirməsə, ona hər ay 20 min rubl (412 manat) məbləğində cərimə tətbiq olunacaq.

“Arqumentı i faktı”nın yaydığı məlumatda isə qeyd olunub ki, Netrebko məhkəmənin qərarına tabe olmasa, o zaman cinayət məcəlləsinə görə məsuliyyətə cəlb edilə bilər. Belə ki, onun bir ilə qədər həbs oluna biləcəyi istisna edilmir.

Qeyd edək ki, müğənninin Rusiyada daha iki mənzili olsa da, kommunal xidmətlər hələ ki, onlarla problem yaşamayıb.

Xalq artisti Yusif Eyvazovdan boşanan Anna Netrebko hazırda Avstriyada yaşayır. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO