Hökumət din xadimlərinə məscidlərdə İNTİHARLA BAĞLI XÜTBƏLƏR oxunmasını tapşırdı -İBRƏTAMİZ

Hökumət din xadimlərinə məscidlərdə İNTİHARLA BAĞLI XÜTBƏLƏR oxunmasını tapşırdı -İBRƏTAMİZ

Hazırda oxunan: Hökumət din xadimlərinə məscidlərdə İNTİHARLA BAĞLI XÜTBƏLƏR oxunmasını tapşırdı -İBRƏTAMİZ

236026

Özbəkistan məscidlərində cümə namazı zamanı imamlar intiharın İslamda ən böyük günahlardan biri olması haqda moizələr oxumağa başlayıb.xa0xa0

Moderator.az “Azadlıq” radiosunun özbək redaksiyasına istinadla xəbər verir ki,xa0 bu cür tədbirlər Respublika Nazirlər Kabineti nəzdində Dini İşlər Komitəsinin tapşırığı ilə həyata keçirilir.
“Belə moizələrin oxunmasına səbəb ölkədə intiharların sayının artmasıdır. İslam intiharı haram buyurur, qadağan edir. İnsanlar belə çıxılmaz addımı Allaha imanlarının zəifliyi səbəbindən atırlar. Bizə vətəndaşlaraxa0 İslamda initiharın qadağan olduğunu izah etmək tapşırılıb”,-deyə “Siroj Salih” Cümə məscidinin imam köməkçisi bildirib.xa0

Özbəkistan Nazirlər Kabineti yanında Dini İşlər Komitəsinin İslam Təşkilatları ilə İş şöbəsinin əməkdaşı məlumatları təsdiqləyib.xa0
“Özbəkistanda son iki ayda intiharların sayı artdığından biz imamlara cümə xütbələrini bu mövzuya həsr etməyi tapşırmışıq”-deyə hökumət rəsmisi izahat verib.

Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədəxa0 ildə hər 100 min nəfərdən 6-sı intihar edir. Qeyri-rəsmixa0 məlumatlara görə, bu rəqəm daha böyükdür.

Xatırladılır ki Özbəkistan prezidenti Şövkət Mirziyoyev bir müddət öncə hökumət iclasında ölkə vətəndaşları arasında intiharların sayının artması ilə bağlı narahatlığını ifadə edib.
P.S. Azərbaycanda vətəndaşlar(!) arasında intiharların artmasıyla bağlı dövlət və hökumət rəhbərliyi, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi səviyyəsində ciddi tədbirlər planı hazırlanmasının vaxtıxa0 on illərdir ki, çatıb...
P.P.S. Şeyxülislamın və QMİ-nin işi yalnız dini bayramlar,xa0 Aşura haqda fətva vermək, Həccə adam toplamaq və yas, dəfn mərasimlərini tənzimləməkdən ibarət olmamalıdır axı...xa0

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO